• 14 Oktyabr 2019
logo
add image
Putinin ətrafında belə adamlar barmaqla sayılacaq qədər azdır - Peskov

Putinin ətrafında belə adamlar barmaqla sayılacaq qədər azdır - Peskov

Rusiya Prezidenti Vladimir Putin siqaret çəkməyi xoşlamır və sağlam həyat tərzinin tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu V.Putinin mətbuat katibi Dmitri Peskov deyib.
O əlavə edib ki, Putinin ətrafında siqaret çəkənlərin sayı bir əlin barmaqlarından da azdır:
“Prezident heç vaxt siqaret çəkməyi alqışlamayıb, o, sağlam həyat tərzinin tərəfdarıdır. Prezidentin bu və ya digər formada işini təmin edən əməkdaşlar, onun ətrafında işləyənlərin demək olar ki, heç biri siqaret çəkmir”.