• 11 Dekabr 2023
logo
Braziliyada koronavirusdan sutkalıq ölüm sayında yenidən rekord qeydə alınıb

Braziliyada koronavirusdan sutkalıq ölüm sayında yenidən rekord qeydə alınıb

Braziliyada son sutka ərzində daha 84 494 nəfərin koronavirus infeksiyasına yoluxması, 3780 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib. Bu, ölkədə indiyədək qeydə alınmış ən yüksək sutkalıq göstəricidir.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 12 658 109 nəfər yoluxub. Bu müddət ərzində 317 646 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 11 074 483 xəstə müalicə olunaraq sağalıb.