• 7 Dekabr 2023
logo
Çexiyanın Səhiyə naziri ölkədə sərt məhdudiyyətlərin vaxtının uzadılmasını tövsiyə edib

Çexiyanın Səhiyə naziri ölkədə sərt məhdudiyyətlərin vaxtının uzadılmasını tövsiyə edib

Çexyanın Səhiyyə naziri Yan Blatni respublikada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən karantin rejiminin üç həftəlik uzadılmasını tövsiyə edib.

APA TASS-a istinadən xəbər verir ki, nazir martın 18-də keçirilməsi planlaşdırılan fövqəladə iclasda mövcud məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olmayacağını deyib.

Onun sözlərinə görə, ölkədə epidemioloji vəziyyəti hələ də yaxşılaşmayıb, əksinə, sutkalıq yoluxma dinamikası artmaqda davam edir: “Xəstəxanalar koronavirusa yoluxan xəstələrlə dolub. İnfeksiya təqaüdçülər arasında daha çox yayılır”.