• 21 İyul 2019
logo
add image
S-400-lər iyulun 15-də Türkiyəyə gələcək - Ankaradan Vaşinqtona şillə kimi CAVAB

S-400-lər iyulun 15-də Türkiyəyə gələcək - Ankaradan Vaşinqtona şillə kimi CAVAB

Rusiya S-400 zenit raket kompleksini 15 iyul tarixində Türkiyəyə tədarük edə bilər.
Publika.az xəbər verir ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici jurnalistlərlə görüşündə komplekslərin ayın ortasında gəlməsinə dair verdiyi açıqlama bu iddianı gücləndirib.

NATO niyə daha güclü bir Türkiyə görmək istəmir?

Türkiyənin NATO ölkəsi olaraq Rusiyadan hava müdafiə sistemi alması uzun müddətdir ki, müzakirə olunur. Bu müzakirələr əsnasında ABŞ Türkiyəni bir neçə dəfə açıq şəkildə təhdid edib. Sanksiyalar tətbiq etməklə ittiham edib. Son olaraq Türkiyənin pulunu əvvəlcədən verdiyi F-35 proqramından çıxarmaqla qorxutmaq istəyib.
Türkiyə düşünür ki, NATO üzvü olan bir ölkənin hava hücumundan müdafiə sisteminin olmasını ən çox NATO müttəfiqləri istəməlidir. Buna görə də müttəfiqləri və ABŞ ilə ortaq işçi qrupu yaratmağı və bütün suallara cavab tapmağı təklif edib. Lakin buna cavab almayıb.

15 iyulda ABŞ FETÖ ilə birgə hərəkət edib

Türkiyə dövlətinin Qurtuluş Savaşından bu yana yaşadığı ən böyük təhlükə olan 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə ABŞ yenə ön plana çıxıb. Amerikalı diplomatların çevriliş cəhdilə bağlı Böyükadada təşkil etdiyi toplantılar, İncirlik başda olmaqla, Türkiyədəki ABŞ bazalarında yerləşən əsgərlərin çevrilişə daxil olması, FETÖ terror təşkilatı liderləri və üzvlərinin ABŞ-dan deportasiya edilməməsi kimi hadisələr Türkiyə-ABŞ arasındakı “strateji əməkdaşlığa” ciddi zərərlər verib. Bunlarla kifayətlənməyən ABŞ-ın dolların hegemonluğundan istifadə etməsi, Rumıniya, Bolqarıstan və Yunanıstana hərbi qüvvə göndərməsi, Egey dənizində Yunanıstanı Türkiyəyə qarşı qaldırması, Şərqi Aralıq dənizində yunanlarla birlikdə hərəkət etməsi, cənubda kürd dövlətinin qurulması üçün PKK/PYD terror təşkilatlarına dəstək verməsi kimi addımlarla nə əməkdaşlığa, nə də dostluğa yaraşan hərəkətlər edib.

S-400-lər niyə 15 iyulda gələcək?

Ehtiyatda olan sabiq general-mayor Fəxri Erenelin sözlərinə görə, Türkiyənin S-400-lər belə əhəmiyyətli bir tarixdə alması böyük əhəmiyyət kəsb edir: “İyul ayında Türkiyə-ABŞ münasibətlərinə birbaşa təsir edən iki böyük olay var. Bunlardan biri 4 iyulda yaşanıb. 2003-cü ildə amerikalılar tərəfindən Süleymaniyədə türk əsgərlərinin əsir götürülməsi. Ona görə, S-400-lər bu tarixdə gələ bilər, lakin bu tarix tezdir. Digəri isə dövlət çevrilişinə cəhdin baş verdiyi 15 iyul. Sistemlər bu tarixdə gəlsə, Türkiyə ABŞ-a tarixi bir cavab verəcək. Belə bir addım sadəcə ABŞ-a deyil, FETÖ başda olmaqla, Türkiyənin vahidliyini pozmaq istəyənlərə mesajdır”.