• 29 Mart 2024
logo
Rusiyada koronavirusdan ölənlərin sayı 89 473 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 89 473 nəfərə çatıb

Rusiyada son sutka ərzində daha 10 253 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 333 029 nəfərə çatıb.

Son sutka ərzində 379 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 89 473 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Braziliyadan sonra dördüncü yerdə gəlir.