• 12 Avqust 2022
logo
Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutkada 15 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 147 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 272 998, ölənlərin sayı isə 3 591 nəfərə çatıb.

Virusa yoluxanlardan 266 886 nəfərin sağaldığı bildirilir.