• 30 Noyabr 2020
logo
Hindistanda MiQ-21 qırıcısı qəzaya uğradı

Hindistanda MiQ-21 qırıcısı qəzaya uğradı

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-21 qırıcısı qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza Madxya-Pradeş ştatında Qvalior hərbi bazası yaxınlığında baş verib.
Məlumata görə, təyyarə təlim uçuşu keçirimiş və havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza anında qırıcıdakı hər iki pilot katapult olunmağa imkan tapıb. Hazırda onların sağlamlığı üçün həyati təhlükə olmadığı qeyd edilir.
Təyyarənin hansı səbəbən qəzaya uğraması isə məlum deyil. Fakt araşdırılır.