• 28 Mart 2024
logo
Çexiyada hakerlər nazirliyə və meriyaya hücum edib

Çexiyada hakerlər nazirliyə və meriyaya hücum edib

Çexiyanın Əmək və Sosial İşlər Nazirliyinin, eləcə də Praqa şəhər meriyasının kompüter şəbəkələri haker hücumuna məruz qalıb.

Trend-in məlumatına görə, bunu əmək və sosial işlər naziri Yana Malaçova və Praqa meri Zdenek Qrjib deyib.

Qeyd olunub ki, qurumların kompüter şəbəkəsinə genişmiqyaslı hücum qeydə alınıb.

Hakerlərin məqsədi əməkdaşların elektron poçt ünvanlarını sındırmaq olub.

Hazırda kiberhücumla bağlı Çexiyanın Milli Kibernetika və İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən araşdırma aparılır.