• 26 Aprel 2024
logo
Yeni Zelandiya sahillərində 8.0 maqnitudalı zəlzələ qeydə alınıb

Yeni Zelandiya sahillərində 8.0 maqnitudalı zəlzələ qeydə alınıb

Yeni Zelandiya sahillərində 8,0 bal gücündə zəlzələ baş verib. APA xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri Şimal adasındakı Vakatane şəhərindən 1,1 min kilometrdən çox məsafədə yerləşib. Zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Bundan əvvəl cümə axşamı eyni bölgədə 7,3 və 7,5 bal gücündə güclü zəlzələlər də qeydə alınmışdı.