• 28 Mart 2024
logo
Braziliyada koronavirus qurbanlarının sayı 260 mini keçib

Braziliyada koronavirus qurbanlarının sayı 260 mini keçib

Braziliyada son sutka ərzində daha 75 102 nəfərin koronavirus infeksiyasına yoluxması, 1699 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 10 793 732 nəfər yoluxub. Bu müddət ərzində 260 970 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 637 020 xəstə müalicə olunaraq sağalıb.