• 29 Mart 2024
logo
Zelenski Saakaşvilini Koordinasiya Şurasından kənarlaşdırıb

Zelenski Saakaşvilini Koordinasiya Şurasından kənarlaşdırıb

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini şəhərsalma sahəsində problemlərin həlli üzrə Koordinasiya Şurasından çıxarıb.

APA-nın yerli bürosu Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

M.Saakaşvilinin şuradan çıxarılmasının səbəbi məlum deyil.

Digər qərarla Vladimir Zelenski Ukrayna İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin mütəxəssisi Giorgi Tsxakaianı şəhərsalma üzrə Koordinasiya Şurasının üzvü təyin edib.