Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 133 yoluxma halı qeydə alınıb, 12 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 271 872, ölənlərin sayı isə 3 553 nəfərə çatıb. Virusa yoluxanlardan 266 081 nəfərin sağaldığı bildirilir.