• 12 Avqust 2022
logo
“YouTube”da Trampın çıxışı əks olunan video silinib

“YouTube”da Trampın çıxışı əks olunan video silinib

“Sputnik” xəbər portalının ABŞ-ın keçmiş prezidenti Donald Trampın çıxışı əks olunan “YouTube”a yerləşdirdiyi video silinib.

APA “Google” axtarış xidmətinə istinadən xəbər verir ki, bu barədə “YouTube” video xidmətinin rəhbərliyi bildirib.

Rəhbərlik videonun silinməsini Trampın çıxışının lazımi kontekstdə olmaması ilə izah edib.
Qeyd edək ki, sözügedən videoda Tramp Orlandada konfrans zamanı keçən il ABŞ-da keçirilən prezident seçkilərindəki saxtakarlıqdan danışıb. Bu, Trampın prezident vəzifəsindən getdikdən sonra ilk açıq görünüşü idi.