• 19 Avqust 2022
logo
"Rospotrebnadzor”: Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlanmayıb

"Rospotrebnadzor”: Rusiyada koronavirusun "Nigeriya ştammı" aşkarlanmayıb

“Rusiya Federasiyasında COVID-19-un “Nigeriya ştammı” aşkarlanmayıb, vəziyyət nəzarət altındadır”.

Bu barədə “Rospotrebnadzor”un məlumatında əks olunub.

Bildirilib ki, ölkə ərazisində SARS-CoV-2 ştammlarının molekulyar genetik monitorinqi aparılıb, heç bir fakta rast gəlinməyib.

Qeyd edək ki, koronavirusun "Nigeriya ştammı" ilk dəfə 2020-ci ilin dekabrında Nigeriya və Böyük Britaniyada aşkar edilib. O vaxtdan bəri Avstraliya, Belçika, Gana, Danimarka, İordaniya, İspaniya, İtaliya, Kanada, Niderland, Sinqapur, ABŞ, Finlandiya, Fransa, İsveçrə və Yaponiyada sözügedən virusa yoluxma qeydə alınıb.