• 29 Mart 2024
logo
İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb

İranda sutka ərzində 8,5 min nəfər koronavirusa yoluxub, 86 nəfər ölüb

İranda ötən sutka ərzində 8 495 nəfər koronavirusa (COVID-19) yoluxub.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, beləliklə İranda bu virusa yoluxanların sayı 1 648 174 nəfərə yüksəlib. Virus daşıyıcılarından 3 738 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 86 nəfər koronavirusdan ölüb. Bununla da İranda bu virusdan ölənlərin sayı 60 267 nəfərə çatıb.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 406 845 nəfər koronavirusdan sağalıb, 10,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranda koronavirusa yoluxma üzrə 11 rayon qırmızı, 32 rayon narıncı, 251 rayon sarı, 154 rayon isə mavi zona hesab olunur.