• 26 Aprel 2024
logo
Tbilisidə nümayişçilərlə polis arasında qarşıdurma olub

Tbilisidə nümayişçilərlə polis arasında qarşıdurma olub

Tbilisidə parlament binasının girişlərində piket keçirən nümayişçilərlə polis arasında fiziki qarşıdurma olub.

İnsidentlə əlaqədar polisin qanuni tələbinə məhəl qoymama maddəsi ilə 7 nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu gün səhər saatlarında müxalif partiyaların tərəfdarları parlament binasının girişlərində həbsdə olan siyasi liderlərin azad edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki islahatlarının aparılması tələbi ilə piket keçirib.