• 29 Noyabr 2020
logo
Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı

Moskva aeroportlarında 30-dan çox reys təxirə salındı - SƏBƏB?

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib.
Trend-in məlumatına görə, hava şəraiti daha çox Domodedovo hava limanının işinə təsir edib.
Bu aeroportda 23 uçuş ləngiyib, 8 uçuş isə ləğv edilib.
Bundan başqa, Vnukovo hava limanında 3 reys təxirə salınıb, 3 reys isə ləğv edilib. Şeremetyevo hava limanında da bir reys təxirə salınıb.
Moskvada və Moskva vilayətində əlverişsiz hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir.