• 28 Mart 2024
logo
“Peugeot” loqosunu yeniləyib

“Peugeot” loqosunu yeniləyib

Fransız avtomobil markası olan "Peugeot" arxa ayaqları üstə dayanan aslan əks edilmiş müasir versiyasından ciddi şəkildə fərqlənəcək yeni loqosunu təqdim edib.

APA TASS-a istinadən xəbər verir ki, şirkət yeni istehsal edəcəyi avtomobillərindəki loqoda aslan başı və "Peugeot" yazısı ilə üçbucaqlı qalxan əks ediləcək.

2021-ci ildə buraxılması planlaşdırılan yeni nəsil "308 hatchback" yeni simvollara sahib ilk model olacaq.

Qeyd edək ki, yenilik şirkətin 19-cu əsrə aid loqosunun 11-ci versiyası kimi xarakterizə edilib. Son dəfə şirkət tərəfindən oxşar görüntü 1960-cı illərin əvvəllərində istifadə edilmişdi.