• 15 Aprel 2021
logo
Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda baş verənlərə münasibət bildirib

Aİ-nin xüsusi nümayəndəsi Ermənistanda baş verənlərə münasibət bildirib

Nə ordu, nə də hər hansısa digər təhlükəsizlik strukturu siyasi prosesdə iştirak etməməlidir.

Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda baş verən hadisələrlə əlaqədar özünün “Twitter” hesabında bildirib.

“İrəvandakı hadisələrdən son dərəcə narahatam. Orada zorakılığın olmaması vacibdir. Həll edilməli bir çox daxili təhlükəsizlik çağırışlarının olduğu bir vaxtda nə ordu, nə də hər hansı digər təhlükəsizlik strukturu siyasi prosesdə iştirak etməməlidir”, - deyə T. Klaar qeyd edib.