• 18 Aprel 2021
logo
İranda Qarabağa dair konfrans keçiriləcək

İranda Qarabağa dair konfrans keçiriləcək

Cari il mart ayının 1-də İranın Qum şəhərində beynəlxalq Qarabağ konfransı keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, Qumda fəaliyyət göstərən Elmi Hövzələr Mərkəzi tərəfindən təşkil olunacaq konfransa Azərbaycan, İran və Qafqaz xalqlarının görkəmli din alimləri dəvət ediləcək.

Konfransda İranın Ali rəhbəri Ayətullah Əli Xameneinin 44 günlük müharibə zamanı irəli sürdüyü tezislər təhlil olunacaq.
Qeyd edək ki, İranın Ali rəhbəri Azərbaycan Ordusunun Qarabağı erməni işğalından azad etmək üçün həyata keçirdiyi əks-hücum əməliyyatı zamanı dövlət televiziyası ilə çıxış edərək rəsmi Bakının haqlı olduğunu bəyan etmişdi.

Ayətullan Əli Xamenei bildirmişdi ki, İranın iki qonşusunun müharibə etməsi üzücüdür. Lakin Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını geri qaytarmalıdır. Onun fikrincə, regionda sülh və əmin-amanlıq Azərbaycana məxsus torpaqların qaytarılması ilə təmin oluna bilər.