• 18 Aprel 2021
logo
Braziliyada bir gündə 66,6 minə qədər insanda COVID-19 aşkar edilib

Braziliyada bir gündə 66,6 minə qədər insanda COVID-19 aşkar edilib

Braziliyada son sutka ərzində daha 66 588 nəfərin koronavirus infeksiyasına yoluxması, 1428 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 10 324 463 nəfər yoluxub. Bu müddət ərzində 249 957 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 9 281 018 xəstə müalicə olunaraq sağalıb.