• 27 İyul 2024
logo
Çiyələklərin içindən yenə iynə çıxdı - Avstraliyada

Çiyələklərin içindən yenə iynə çıxdı - Avstraliyada

Avstraliyanın Viktoriya ştatında satışda olan çiyələklərin içindən iynə aşkar edilib.
Trend-in məlumatına görə, polis bununla bağlı iki faktı araşdırır.
Qeyd olunur ki, iynələri aşkar edən iki nəfər yüngül xəsarətlərlə həkimə müraciət edib.
Xatırladaq ki, ötən ilin sentyabrında da Avstrliyada çiyələklərin içindən iynələr aşkar olunmuşdu. Ümumilikdə 230 bu cür fakt barədə məlumat verilmişdi.
Həmin insidentlə bağlı 50 yaşlı qadın təxribat ittihamı ilə həbs olunmuşdu.
Bu insident Avstraliyanın kənd təsərrüfatına 115 milyon dollardan çox ziyan vurmuşdu.