• 29 Mart 2024
logo
Ermənistanda hökumət binası polis tərəfindən əhatəyə alınıb

Ermənistanda hökumət binası polis tərəfindən əhatəyə alınıb

Yerevanda hökumət binasının ətrafına, eləcə də mərkəzi Respublika meydanına çoxlu sayda xüsusi təyinatlı polis cəlb edilib.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, müxalifət növbəti mitinq keçirəcəyini elan edib.

"Daşnaksutyun" partiyasının təşəbbüsü ilə etirazçılar baş nazir Nikol Paşinyanın hökumət binasına daxil olmasına mane olacaqların bildirib.

Xatırladaq ki, fevralın 20-dən etibarən müxalifət N.Paşinyanın istefası tələbi ilə fasiləsiz aksiyalar elan edib.