• 25 Aprel 2024
logo
Təyyarələrdə sərnişinlərə tütün məmulatları paylanacaq

Təyyarələrdə sərnişinlərə tütün məmulatları paylanacaq

Rusiyanın "Utair" aviaişirkəti uçuşlar zamanı sərnişinlərə tütün məmulatları paylayacaq. Trend-in məlumatına görə, bu qərar siqaret çəkən sərnişinlər üçün uçuşun daha rahat keçməsi üçün qəbul edilib. Qeyd olunur ki, təyyarədə tütün məhsulu həddi-buluğa çatmış şəxslərə, reklam sessiyasında iştirak etmək şərti ilə təklif olunacaq. Qərar sentyabrın 15-dən qüvvəyə minib və hazırda aviaşirkətin 10-dan çox reysində tətbiq olunur.