• 26 Aprel 2024
logo
İsraildə parlament seçkiləri keçirilir

İsraildə parlament seçkiləri keçirilir

Bu gün İsraildə knessetə 22-ci çağırış növbədənkənar seçkilər keçirilir.
Trend-in məlumatına görə, yerli vaxtla saat 7-də ölkədə seçki məntəqələri açılıb. Xəstəxana və istintaq təcridxanalarında yaradılan seçki məntəqələri saat 8-də açılıb.
Seçkilərə ilk 30 partiya qatılsa da, səsvermə başlamağa bir neçə saat qalmış bir partiya prosesdə iştirakdan imtina edib.
Qeyd edək ki, seçkiyə qatılanlar knessetdə 120 yer uğrunda mübarizə aparacaqlar.