• 19 Aprel 2024
logo
Ermənistanda son sutkada COVID-19-a 242 yoluxma qeydə alınıb, 11 nəfər ölüb

Ermənistanda son sutkada COVID-19-a 242 yoluxma qeydə alınıb, 11 nəfər ölüb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 242 yoluxma halı qeydə alınıb, 11 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 669, ölənlərin sayı isə 3067 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 156 645 nəfərin sağaldığı bildirilir.