• 25 Aprel 2024
logo
İtaliyada koronavirusa yoluxanların sayı 2,5 milyonu keçib

İtaliyada koronavirusa yoluxanların sayı 2,5 milyonu keçib

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 2,5 milyonu keçib. Son bir gündə ölkədə daha 15 204 nəfərin bu virusa yoluxduğu təsdiqlənib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 467 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 86 889 nəfərə çatıb. Ölkədə hazırda 477 969 aktiv koronavirus xəstəsi var, onlardan 2352-si ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 501 147 nəfərdən 1 936 289 nəfər sağalıb.