• 19 Aprel 2024
logo
Kann Film Festivalı təxirə salınıb

Kann Film Festivalı təxirə salınıb

Beynəlxalq Kann Film Festivalı yenidən təxirə salınıb.

APA TASS-a istinadən xəbər verir ki, 2021-ci il mayın 11-dən 22-dək planlaşdırılmış Beynəlxalq Kann Film Festivalının vaxtı dəyişdirilib.

Festivalın təşkilatçıları Beynəlxalq Kann Film Festivalının cari ildə iyulun 6-dan 17-dək keçiriləcəyinə dair məlumat yayıblar. Beləliklə, filmsevərlər Kann Festivalını iyul ayında izləyə biləcəklər.

Xatırladaq ki, 2020-ci ildə COVID-19 pandemiyasına görə dünyada ən nüfuzlu festival hesab olunan Kann Film Festivalı ləğv edilib.