• 14 Noyabr 2019
logo
add image
Metronun qarşısında ATIŞMA - Yaralılar var

Metronun qarşısında ATIŞMA - Yaralılar var

Moskvada “Timiryazevskaya” metro stansiyasında atışma baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki nəfər yaralanıb.
Qeyd olunur ki, naməlum şəxs metronun vestibülünə daxil olaraq atəş açmağa başlayıb və iki nəfəri yaraladıqdan sonra hadisə yerindən uzaqlaşıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hazırda atəş açan şəxsin axtarışları aparılır.