• 6 İyul 2025
logo
Rusiya və İran XİN başçıları 10 noyabr bəyanatının icrasından məmnundurlar

Rusiya və İran XİN başçıları 10 noyabr bəyanatının icrasından məmnundurlar

“İranlı həmkarımla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik”.

APA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə birgə mətbuat konfransında deyib.

O bildirib ki, tərəflər noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın icrasından məmnun olduqlarını bəyan ediblər.

“Bundan sonra əlaqələrimiz daha səmərəli inkişaf edəcək. Regional kommunikasiyaların bərpası, infrastruktur layihələrinin miqyasının genişləndirilməsi regiona yeni fürsətlər qazandıracaq”, - deyə Rusiya XİN başçısı vurğulayıb.