• 20 Aprel 2024
logo
Gürcüstanda son sutkada 1006 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb

Gürcüstanda son sutkada 1006 nəfər koronavirusa yoluxub, 25 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1006 yoluxma halı qeydə alınıb, 25 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 254 822, ölənlərin sayı isə 3 096 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 244 446 nəfərin sağaldığı bildirilir.