• 24 Aprel 2024
logo
Tunisdə son bir həftə ərzində törədilən iğtişaşlarla bağlı 1200-dən çox adam saxlanılıb

Tunisdə son bir həftə ərzində törədilən iğtişaşlarla bağlı 1200-dən çox adam saxlanılıb

Tunisdə son bir həftə ərzində respublikanın müxtəlif bölgələrində baş verən kütləvi iğtişaşlarla bağlı 1200-dən çox aksiya iştirakçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə Tunis İnsan Haqları Liqası sədrinin müavini Bassem Trifi “Shems FM” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

“Gecə ərzində törədilən sonuncu iğtişaşlarla bağlı tutulanların sayı 1200-ü keçib, onlardan 30%-i yetkinlik yaşına çatmayan şəxslərdir”, - məlumatda belə deyilir.
Trifi bildirib ki, həbs olunan insanların əksəriyyəti dinc etiraz aksiyalarında iştirak edənlərdir. Rəsmilər birbaşa qarət və vandalizmlə məşğul olanlardan yalnız bir qismini tuta bilib.