• 27 Fevral 2021
logo
ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya XİN başçısının müavini Sergey Ryabkov ABŞ səfirinə Rusiyadakı icazəsiz aksiyalarla bağlı səfirlik tərəfindən dərc olunan məlumatla bağlı etirazını bəyan edib.
Rəsmi Moskva yanvarın 23-də Rusiyada baş vermiş iğtişaşlarla bağlı ABŞ səfirliyinin dərc etdiyi məlumatı ölkənin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.