Papua-Yeni Qvineyada Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ olub.
Zəlzələnin episentri 26 mindən çox əhalinin yaşadığı Kokolo şəhərindən 23 kilometr cənub-qərbdə qeydə alınıb.
Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl İndoneziyada və Filippində 7 bal gücündə zəlzələlər qeydə alınmışdı.