• 2 Mart 2021
logo
Ermənistanda koronavirusdan ölənlərin sayı 3047 nəfərə çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 3047 nəfərə çatıb

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 58 yoluxma halı qeydə alınıb, 8 nəfər ölüb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda indiyədək koronavirusa yoluxanların sayı 166 094, ölənlərin sayı isə 3047 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 154 932 nəfərin sağaldığı bildirilir.