• 26 Aprel 2024
logo
Portuqaliyada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hazırkı prezident liderdir

Portuqaliyada keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, hazırkı prezident liderdir

Protokolların 96% -i işləndikdən sonra Portuqaliya Prezidenti dövlət başçısının seçilməsinə rəhbərlik edir

Portuqaliyanın hazırkı prezidenti Marselo Rebelo di Sousa bazar günü keçirilən prezident seçkilərində bülletenlərin 95.89% -i sayıldıqdan sonra namizədlər arasında lider olub.

APA TASS-a istinadən xəbər verir ki, ilkin nəticələr ölkənin Daxili İşlər Nazirliyi tərəfindən elan edilib.

Qeyd edilib ki, hazırkı prezident səslərin 62,54% -ni qazanıb. Radikal sağçı “Chega” Partiyasının lideri Andre Ventura 11,87%, hüquqşünas, keçmiş diplomat Ana Qomes isə 11,78% səs toplayıb.

Namizədlər arasında digər göstəricilər aşağıdakı kimidir:

Mariza Matias (3,9%), Joao Ferreira (-3,82%), Vitorina Silva (- 3,35%) və Tiago Mayan Qonçalves (- 2,75%) .

Beləliklə, 72 yaşlı Rebelo di Sousa seçkilərin ilk turunda qalib gəlib.