• 19 Mart 2024
logo
Bu ölkənin normal həyata qayıda biləcəyi vaxt AÇIQLANDI

Bu ölkənin normal həyata qayıda biləcəyi vaxt AÇIQLANDI

ABŞ Prezidenti Co Baydenin Baş Səhiyyə məsləhətçisi Entoni Fauci Ağ Evdə təşkil etdiyi mətbuat konfransında ölkədəki COVID-19 epidemiyası ilə bağlı son vəziyyətini qiymətləndirib.

BiG.AZ Oxu.az-a istinadən verir ki, ölkədəki epidemiyanın hələ də ciddi səviyyədə olduğunu bildirən Fauci Cənubi Afrika və Britaniyada tapılan COVID-19 mutasiyalarının bir-birindən fərqli olduğuna diqqət çəkib.

O qeyd edib ki, Cənubi Afrikadakı mutasiya hələ ABŞ-da tapılmayıb, amma azı 20 ştatda "Britaniya ştammı"na rast gəlinib.