• 8 Mart 2021
logo
Almaniyada son sutkada 859 nəfər koronavirusdan ölüb

Almaniyada son sutkada 859 nəfər koronavirusdan ölüb

Almaniyada son sutkada yeni növ koronavirusa (COVID-19) 17 862 nəfər yoluxub.

APA-nın "Guardian"a istinadən verdiyi xəbərə görə, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

Bildirilib ki, son sutkada 859 nəfər koronavirusdan vəfat edib. Bununla da ölkədə indiyədək xəstəlikdən ölənlərin sayı 50642 nəfərə çatıb.

Qeyd edək ki, Almaniyada ümumilikdə 2 106 262 nəfər koronavirusa yoluxub.