• 18 Aprel 2024
logo
İraqın mərkəzinə hava zərbələri endirilib

İraqın mərkəzinə hava zərbələri endirilib

İraqın mərkəzi Babil əyalətinin şimalında yerləşən Cürf ən-Nəsr şəhərinin ərazisi hava zərbələri endirilib.

Trend-in məlumatına görə, bu barədə Al Mayadeen telekanalı mənbələrə istinadən bildirib.

Məlumata əsasən, zərbə endirilən ərazi İraq silahlı qüvvələrinin nəzarətindədir.

"Əl Arabiya" telekanalı növbəsində Cürf ən-Nəsr yaxınlığında "Kataib Hizbullah" qruplaşmanın mövqelərində üç partlayışın baş verdiyini bildirdi. Kanal mənbələrinin verdiyi məlumata görə, İraq ordusu xəsarət almayıb.