• 29 Mart 2024
logo
Tramp əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi

Tramp əksər Avropa ölkələri və Braziliyadan ABŞ-a giriş məhdudiyyətlərini ləğv etdi

26 yanvar tarixindən etibarən, koronavirus pandemiyası ilə əlaqədar olaraq Şengen ölkələri, Böyük Britaniya, İrlandiya və Braziliyadan ABŞ-a girişə qoyulan məhdudiyyətlər ləğv edilir. Bununla bağlı ABŞ-ın hazırkı prezidenti Donald Tramp fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evinin mətbuat xidməti xəbər verib.

Əvvəlki tədbirlər ABŞ-a daxil olan bütün əcnəbilərə koronavirus testinin neqativ nəticəsinin verilməsinə dair qaydalar qüvvəyə mindikdən sonra qüvvədən düşəcək:

Sənəddə bildirilib ki, ölkəyə girişin dayandırılması barədə icra fərmanları 26 yanvar yerli vaxtla saat 12:01-dən etibarən qüvvədən düşəcək.