• 24 Aprel 2024
logo
ŞOK: Bu ölkədə peyvəndləmə dayandırıldı

ŞOK: Bu ölkədə peyvəndləmə dayandırıldı

ABŞ səhiyyə işçiləri bir çox insanın allergik reaksiya göstərdiyi "Moderna" vaksinasiyanı dayandırmağa çağırıblar.

BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, Kaliforniya ştatının səhiyyə işçiləri sözügedən koronavirus peyvəndinin paylanmasının müvəqqəti dayandırılmasını tövsiyə ediblər. Səbəb çox sayda insanda allergik reaksiyanın yaranması olub.

Qeyd edək ki, koronavirusa qarşı ilk təsdiqlənmiş "Pfizer" peyvəndi insanlara vurulandan sonra dünyada 24 nəfərin ölümü narahatlıqları artırıb.

Həmçinin bildirilib ki, ABŞ-ın Bolton əyalətində allergiyası olan bir həkim "Moderna" dərman şirkəti tərəfindən istehsal olunan Covid-19 peyvəndi vurulduqdan sonra təcili xəstəxanaya yerləşdirilib.