• 19 Mart 2024
logo
Uşağın yanına gələn RUH KAMERAYA DÜŞDÜ

Uşağın yanına gələn RUH KAMERAYA DÜŞDÜ - ŞOK VİDEO

ABŞ-ın Miçiqan ştatından olan cütlük yaşadıqları evdə ruhun olduğunu və övladlarına xəsarət yetirdiyini iddia edir.

BiG.AZ mercurynews.com-a istinadən xəbər verir ki, Hizer Bro və Coşua Higginsin evinin müşahidə kamerasında görünən qəribə kölgə hər kəsi dəhşətə salıb.

Belə ki, yaş yarımlıq qızları Lilinin otağından olan görüntülərdə bulanıq "varlıq" qapıdan uşağın beşiyinə tərəf gəlir və körpə ona baxmaq üçün qalxır.

Valideynlər hadisədən sonra uşağın bədənində çızıqlar aşkar etdiklərini deyirlər.

Qadın hətta bəzi səhərlər yuxudan boğularaq ayıldığını bildirib:

"Sanki kimsə məni boğazımdan tutub boğmaq istəyir".

Ailə başçısı runun əvvəlki ev sahibinə aid olduğunu ehtimal edir.

Valideynlər köçmək üçün yetərincə pul toplayanadək uşağın da onlarla eyni otaqda yatacağını bildiriblər.