• 29 Mart 2024
logo
Rusiyada COVID-19-dan ölənlərin sayı 66 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 66 mini ötüb

Rusiyada son sutka ərzində daha 22 857 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 3 591 066 nəfərə çatıb.

Son sutka ərzində 471 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 66 037 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.