• 29 Mart 2024
logo
Rusiya Açıq Səma Müqaviləsindən çıxır

Rusiya Açıq Səma Müqaviləsindən çıxır

Rusiya Açıq Səma Müqaviləsindən çıxır.

Bununla bağlı Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"2020-ci il noyabrın 22-də ABŞ uydurulmuş bəhanə ilə Açıq Səma Müqaviləsindən çıxıb. Bununla da, Müqavilədə olan iştirakçı dövlətlərin maraqlarının tarazlığı, Müqavilənin etimadın və təhlükəsizliyin möhkəmləndirilməsində vasitə kimi rolu pozulub", - deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, Rusiya sözügedən Müqavilənin yeni şərtlərdə işləkliyini qorumaq üçün onun əsas müddəalarına uyğun olan konkret təkliflər irəli sürsə də, bu məsələyə ABŞ dəstək verməyib.

"Müqavilənin yeni şərtlər altında işləməsinə imkan verməyən maneələrin aradan qaldırılması istiqamətində irəliləyiş olmadığı üçün Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının Açıq Səma Müqaviləsindən çıxması ilə bağlı daxili prosedurların başlandığını elan etmək səlahiyyətinə malikdir. Prosedurlar tamamlanan kimi tərəflərə bu barədə xəbərdarlıq göndəriləcək", - deyə XİN qeyd edib.

1992-ci ildə imzalanan Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci ildə qüvvəyə minib. Hazırda Müqavilədə 34 iştirakçı ölkə var. Bu sənəd Müqavilə iştirakçısı dövlətlərin ərazisi üzərində silahsız müşahidə uçuşlarına icazə verir. Müqavilə indiyədək imzalanmış texniki cəhətdən ən detallı sənəd hesab olunur.