• 18 Aprel 2024
logo
Gürcüstanda koronavirusdan ölənlərin sayı 2 893 nəfərə çatıb

Gürcüstanda koronavirusdan ölənlərin sayı 2 893 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 177 yoluxma halı qeydə alınıb, 26 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 245 789, ölənlərin sayı isə 2 893 nəfərə çatıb.

Koronavirusdan sağalanların sayı 229 196 nəfərdir.