• 27 Aprel 2024
logo
ABŞ-da 5 mutasiya prosesi keçən təhlükəli koronavirus növü aşkarlanıb

ABŞ-da 5 mutasiya prosesi keçən təhlükəli koronavirus növü aşkarlanıb

ABŞ-ın İllinoys və qonşu ştatların bioloqları indiyədək məlum olmayan yeni koronavirus növünü aşkar ediblər.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə “BioRxiv” elektron elmi kitabxanası məlumat yayıb.

Tədqiqatçılar müəyyən edib ki, yeni aşkarlanan koronavirus növü bu günədək beş dəfə mutasiya prosesi keçib: “Yeni tip 5 xarakterik RNT mutasiyası ilə fərqlənir – N1653D, R2613C, G172V, P67S və P199L. Mutasiya dəsti baxımından bu virus "Britaniya" növünə bənzəyir, lakin onunla əlaqəli deyil”.

Bildirilib ki, sözügedən virus ABŞ-da sürətlə yayılmağa başlasa da, hələ digər ölkələrə nüfuz etməyib. Bu növ də yüksək dərəcədə yoluxucu olduğu halda, öldürücü təsiri zəifdir.