• 16 Yanvar 2021
logo
İtaliyada koronavirus qurbanlarının sayı 80 mini ötüb

İtaliyada koronavirus qurbanlarının sayı 80 mini ötüb

İtaliyada yeni növ koronavirus infeksiyasına son bir gündə daha 15 774 nəfər yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ötən gün ərzində təsdiqlənmiş statistikaya əsasən, İtaliyada 507 nəfər bu virusdan ölüb, infeksiyadan ölənlərin ümumi sayı 80 326 nəfərə çatıb. Ölkədə hazırda 564 774 aktiv koronavirus xəstəsi var, onlardan 2579-u ağır vəziyyətdədir.

Bütün pandemiya dövrü ərzində yoluxmuş 2 319 036 nəfərdən 1 673 936 nəfər sağalıb.