• 21 Yanvar 2021
logo
“YouTube” da Trampın hesabını dondurub

“YouTube” da Trampın hesabını dondurub

“YouTube” videohostinq platformasının administrasiyası ABŞ-ın hazırkı prezidenti Donald Trampın hesabını müvəqqəti dondurub.

Bu barədə “Axios” portalı “YouTube” administrasiyasına istinadən xəbər yayıb.

Bildirilib ki, ötən gün “YouTube” D. Trampın hesabındakı sonuncu videonu silib, eyni zamanda, yeddi gün müddətində video yerləşdirmək və onlayn translyasiya imkanlarını məhdudlaşdırıb.
Davamlı şiddət ehtimalına dair narahatlıqlar nəzərə alınaraq bu barədə müvafiq qərar qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl “Facebook”, “Twitter” və “Instagram” D. Trampın hesabını dondurub.