• 23 Aprel 2024
logo
Şimali Kiprdə hərbi hissədə partlayış olub

Şimali Kiprdə hərbi hissədə partlayış olub

Şimali Kiprdə güclü partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış Qirne şəhərində hərbi hissələrin birində qeydə alınıb.
Partlayışa səbəb hərbi hissədə başlayan yanğın olub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi isə hələ məlum deyil. Faktla bağlı araşdırma başlayıb.