• 15 Avqust 2022
logo
İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər

İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər

İran, Rusiya və Çin Körfəzdə hərbi baza yarada bilər.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii bununla bağlı ona ünvanlanan suala cavabında bildirib.

O deyib ki, İranın Rusiya və Çinlə dostluq əlaqələri yüksək səviyyədədir və bu münasibətləri siyasi-iqtisadi aspektlərdə dərinləşdirmək üçün heç bir məhdudiyyət yoxdur: “İran və Rusiya arasında müdafiə sahəsi də daxil olmaqla müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq, ikitərəfli səviyyə ilə yanaşı, regional səviyyədə də həyata keçirilir”.
Ə. Rəbii qeyd edib ki, dəfələrlə, o cümlədən Hörmüz Sülh Planının təqdimatında da qeyd olunduğu kimi, Körfəz bölgəsində təhlükəsizlik bölgənin sahil dövlətləri tərəfindən təmin edilməlidir.